İdman

Pedro “Qarabağ”a dönmək istəmir

17 Yanvar 2019 15:54
0 Şərh     Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın "Astana" klubunun futbolçusu Pedro Enrike "Qarabağ"a dönmək istəmir.

Milli.Az report-a istinadən xəbər verir ki, 29 yaşlı braziliyalı yarımmüdafiəçi bu barədə "Arena FM"ə müsahibəsində bildirib. O, deyib ki, Avropanın bir sıra klublarından gələn təklifləri geri çevirib: "Braziliyanın bir sıra klubları xidmətimdə maraqlıdır, amma menecerimdən məni PAOK-a qaytarmağa cəhd göstərməsini istədim. Avropanın da təkliflərim vardı. Lakin onlar məni qanə etmədi. Mənim üçün pioritet PAOK-a qayıtmaq və ya Braziliyada qalmaqdır".

"Astana" Enrikeni ötən ilin yayında Yunanıstan PAOK-undan bir illik icarəyə götürsə də, yarımmüdafiəçi Qazaxıstanda qalmaq istəmir. Hazırda vətənində olan futbolçu paytaxt təmsilçisinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təlim-məşq toplanışına qatılmayıb. O, PAOK-a dönməsindən ötrü klublar arasında razılığın əldə olunmasını gözlədiyini söyləyib.

Qeyd edək ki, Pedro Enrike ötən mövsüm icarə əsasında "Qarabağ"da çıxış edib. Ağdam təmsilçisi qış fasiləsində sabiq futbolçuları - Reynaldo və Riçard Almeydanı geri qaytarıb. Baş məşqçi Qurban Qurbanovun braziliyalı yarımmüdafiəçini də yenidən sərəncamında görmək istədiyi bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.