İdman

"Qarşıda uzun və çətin yol var" - Ronaldu

17 Yanvar 2019 12:33
9 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox çətin  oyun oldu. Yaxşı oynadıq və çoxlu qol epizodu yaratdıq. Qələbə  qolunu vurduğum üçün xoşbəxtəm. Bu qolu məni və "Yuventus"u sevənlərə həsr edirəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu  sözləri "Yuventus"un futbolçusu  Kriştanu Ronaldu İtaliya superkubokunda "Milan"a 1:0 hesabı ilə qalib gələrək fəxri mükafatı qazandıqları oyundan sonra deyib.

"2019-cu ilə kubokla başlamaq istəyirdim. İndi "Yuventus"la birinci titulumu qazanmışam. Çox xoşbəxtəm" - o bildirib.

Portuqaliyalı hücumçu söyləyib ki, bu, hələ uğurlarının başlanğıcıdır: "Biz addımbaaddım irəliləyirik. İndi daha çox kubok qazanmaq üçün çalışmalıyıq. İtaliya çempionu olmaq "Yuventus"un əsas məqsədidir. Hazırda biz turnir cədvəlinə başçılıq edrik. Amma qarşıda uzun və çətin yol var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.