İdman

Futbolçu həbsxana yeməyindən imtina etdi, internetdən sifariş verir

17 Yanvar 2019 09:58
0 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xuliqanlığa görə həbs edilən "Zenit"in futbolçusu Aleksandr Kokorin həbsxanada verilən yeməklərdən imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Svetlana Meteqino məlumat verib. O bildirib ki, Kokorin internet vasitəsilə yemək sifariş edir:

"Aleksandr yaxşı qidalanır. Valideynləri ona nəsə göndərirlər. Özü də internet-maqazin vasitəsilə yeməklər sifariş edir. Hətta mənə elə gəlir ki, Kokorin bir qədər kökəlib. Təzə həbs ediləndə bir qədər fərqli idi. Bu o demək deyil ki, həbsxanada pis yemək verirlər. Amma bütün hallarda bu qidanı qəbul etmək istəkdən asılıdır. Kokorin də öz istəyinə uyğun qidalanır".

Kokorin və "Krasnodar"ın futbolçusu Pavel Mamayev xuliqanlıq etdikləri üçün ötən ilin oktyabrında həbs olunublar. Onlar minimum fevralın 8-nə qədər həbsdə qalacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.