İdman

“Sumqayıt” yeni transferini rəsmən açıqladı

16 Yanvar 2019 20:39
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018/19 mövsümünün üçüncü dövrəsinə hazırlığını davam etdirən "Sumqayıt" növbəti transferini həyata keçirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sözügedən klub "Maşınsazi" (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb.

1.5 illik icarə əsasında "Sumqayıt"ın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Traktorsazi" klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları "Göstəriş Fulad" (26 oyun, 7 qol) və "Maşınsazi"nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.