İdman

Simeonedən Morata ilə bağlı açıqlama

16 Yanvar 2019 17:54
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin forvardı Alvaro Morata komandadan ayrılmağa yaxındır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, son vaxtlar "Atletiko"nun diqqət mərkəzində olduğu deyilən 26 yaşlı futbolçu, "Çelsi" rəhbərliyinə ayrılmaq istədiyini bildirib. O, Londonda xoşbəxt olmadığını və "Atletiko" rəhbərliyinə İspaniyaya geri dönmək istədiyini deyib.

Məsələylə bağlı açıqlama verən "Atletiko"nun baş məşqçisi Dieqo Simeone, "Mən bizimlə olmayan futbolçularla bağlı danışa bilmərəm. Heç bir şeyi təsdiq, yaxud inkar edə bilmərəm. Çünki məşqçilər klubun nə edəcəyini görmək üçün gözləməlidirlər" deyib.

İspan forvard cari mövsümdə iştirak etdiyi 23 qarşılaşmada 7 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.