İdman

“Mançester Yunayted” onunla bağlı qərarını verdi - 17 milyon avro

16 Yanvar 2019 17:14
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" komandadan ayrılacağı deyilən Maruan Fellaini ilə bağlı qərarını verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 31 yaşlı futbolçunu qış transfer dövründə satmağa qərar verib. Klub onun transfer qiymətini də müəyyənləşdirib. Baş məşqçi Ole-Qunnar Sulşerin heyətdə görmədiyi futbolçunun transfer qiyməti 17 milyon avro olaraq müəyyənləşdirilib.

Fellaini ilə "Milan", "Portu", "Fənərbaxça" kimi klubların maraqlandığı deyilir.

"Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi olan yarımmüdafiəçi, Premyer Liqanın son iki oyununda iştirak etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.