"Beşiktaş"ın futbolçusu Rayan Babelin İngiltərənin "Fulhem" klubuna keçidi rəsmiləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 32 yaşlı futbolçu yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Babel 2017-ci ilin yayından "Beşiktaş"da oynayırdıi.
Milli.Az