İdman

Özil "Yuventus" və "İnter"ə təklif olundu

15 Yanvar 2019 22:46
0 Şərh     Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun "Arsenal" klubu "qış transfer pəncərəsi" dövründə türk əsilli yarımmüdafiəçi Məsud Özildən yaxa qurtarmağa çalışır.

Milli.Az "Report"a istinadən bildirir ki, "Tuttomercatoweb" nəşrinin məlumatına görə, bu səbəbdən 30 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

"Topçular"ın rəhbərliyi A Seriyasının dərhal iki klubu ilə - Turin "Yuventus"u və Milan "İnter"i ilə əlaqə saxlayıb və onlara xavbeki almağı təklif edib.

Lakin sövdələşməni reallaşdırmaq elə də asan olmayacaq, çünki nə byankonyerilər, nə də neradzurri Özilə "Arsenal"da aldığı qədər əmək haqqı verməyə hazır deyillər. Hazırkı müqaviləyə görə, futbolçunun həftəlik məvacibi 391 min avrodur.

Daha əvvəl Məsut Özilin nişanlanması xəbəri yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.