İdman

Azərbaycan çempionatında oyun baş tutmadı - Rəhbərliyin istefası tələb edilir

14 Yanvar 2019 13:33
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb.

Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. "80-lər" və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər. 

Milli.Az xəbər verir ki, bu barədə məlumatı qafqazinfo-ya basketbol millimizin üzvlərindən biri verib. 

O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər. 

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün basketbolçularla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:
Basketbolçular çempionatı boykot etdilər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.