İdman

"Neftçi"nin iki legioneri toplanışa qatılmadı

14 Yanvar 2019 15:11
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına start verib.

Milli.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin hazırlıq prosesində 24 futbolçu iştirak edir. Komandadan ayrılacağı gündəmdə olan legionerlər Slavko Braliç və Kvame Karikari toplanışa cəlb olunmayıb.

"Neftçi"nin Antalya toplanışında iştirak edən futbolçuların siyahısını təqdim edirik:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov;

Müdafiəçilər: 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov, 95. Rəhman Daşdəmirov.

Yarımmüdafiəçilər: 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 17. Rəhman Hacıyev, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 36. Mamadu Kane, 93. Soni Mustivar;

Hücumçular: 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.