İdman

İquain "Çelsi"yə müraciət etdi: "Məni alın"

14 Yanvar 2019 13:49
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"da icarə əsasında çıxış edən forvard Qonsalo Hiquain "Çelsi"də oynamaq istəyindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı bununla bağlı İngiltərə klubuna rəsmi müraciət ünvanlayıb.

Qeyd edək ki, İquainin satış hüququ "Yuventus"a məxsusdur. Lakin keçidi həyata keçirmək asan olmayacaq. Hücumçunu ötən il 18 milyon avroya icarəyə götürən "Milan" onu geri göndərmək niyyətində deyil.

Milanlılar İquainə əvəzləyici tapandan sonra onu geri göndərə bilər. "Qoca senyora" isə futbolçunu tez bir zamanda satmaq niyyətindədir. Əldə olunan vəsaiti isə "Çelsi"nin forvardı Alvaro Moratanın transferinə xərcləməyi düşünür.

İquain cari mövsüm A seriyasında 15 oyunda 6 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.