İdman

İsrafilovlu “Alkorkon”dan növbəti xal itkisi

14 Yanvar 2019 12:00
0 Şərh     Baxış: 291

Futbol üzrə İspaniya Sequndasında 21-ci turun oyunları keçirilib. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda "Almeriya" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq üzvü 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda 35 xala malik "Alkorkon" 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.