İdman

"Sabah" "Qarabağ"ın futbolçusunu transfer etdi FOTO

14 Yanvar 2019 10:25
0 Şərh     Baxış: 476

"Sabah" heyətini yeni futbolçuyla gücləndirib.

Milli.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu "Qarabağ"dan ayrılan Coşqun Diniyevi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Futbolçu yeni komandasında 91 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Diniyev karyerası ərzində "İnter" (indiki "Keşlə") və "Qarabağ" klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.

Xatırladaq ki, "Sabah" buna qədər "Qəbələ"dən Təmkin Xəlilzadə və "Neftçi"dən Rəşad Eyyubovun keçidini həll edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.