İdman

Karateçilərimiz Qran Pri turnirini 10 medalla başa vurdu - FOTO

14 Yanvar 2019 09:48
0 Şərh     Baxış: 442

Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalarımız 28-ci Xorvatiyada Qran Pri turnirindən yüksək nəticə ilə dönür.

Milli.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov Trend-ə bildirib ki, Samobor şəhərində 23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb.

Roman Heydərov (kata) 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsgəndərov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov(-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb.

Karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionata gözləyir. Bu məsul yarışa hazrılığın bir hissəsi kimi Xorvatiya Qran Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.