İdman

"Marsel"lə "Monako"dan heç-heçə

14 Yanvar 2019 07:48
0 Şərh     Baxış: 435

Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Lill" "Kan"la, "Lion" isə "Reyms"lə qarşılaşıb. "Lill" səfər matçından inamlı qələbə ilə ayrılıbsa, digər oyunda qalib müəyyənləşməyib.

Turnir cədvəlinin vahid lideri PSJ səfərdə "Amyen"in qonağı olub. Paris təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib. "Nitsa" evdə "Bordo"nu, "Sent-Etyen" isə səfərdə "Genqam"ı 1 cavabsız qolla məğlub edib.

Son oyun günündə 4 görüş baş tutub. "Nant" doğma meydanda "Renn"ə, "Tuluza" isə "Strasburq"a uduzub. "Dijon" - "Monpelye" matçında qalib müəyyənləşməyib.

20-ci turun maraqla gözlənilən qarşılaşmasında "Monako" "Marsel"lə münasibətlərinə aydınlıq gətirib. Bu matçda da tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

Fransa Liqa 1, 20-ci tur

11 yanvar

Kan - Lill 1:3

Qol: Ninqa, 90 - Pepe, 8. Leao, 20. Arauxo, 89.

Lion - Reyms 1:1

Qol: Traore, 70 - Çavarriya, 34.

12 yanvar

Amyen - PSJ 0:3

Qol: Kavani, 57-pen. Mbappe, 70. Markinyos, 79.

Nitsa - Bordo 1:0

Qol: Sent-Maksimin, 16.

Genqam - Sent-Etyen 0:1

Qol: Xazri, 6.

13 yanvar

Nant - Renn 0:1

Qol: Da Silva, 13.

Dijon - Monpelye 1:1

Qol: Said, 54 - Le Tallek, 61.

Tuluza - Strasburq 1:2

Qol: Sanoqo, 29-pen - Ayorke, 17. Sissoko, 64.

Marsel - Monako 1:1

Qol: M.Lopes, 13 - Tilemans, 38.

Qeyd: 20-ci turda keçirilməli olan "Nim" - "Anje" matçı Fransadakı aksiyalar səbəbindən təxirə salınıb.

Bombardir: Kilian Mbappe (PSJ) - 13 qol.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.