İdman

"Real" səfərdə sevindi

14 Yanvar 2019 07:28
0 Şərh     Baxış: 1 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında 19-cu tura start verilib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Rayo Valyekano" öz meydanında "Selta"nı qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Şənbə günü daha dörd görüş baş tutub. "Valensiya" - "Valyadolid" və "Jirona" - "Alaves" matçlarında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla 1 xal əldə ediblər.

"Leqanes" evdə "Hueska"nı minimal hesabla üstələyib. Səfərdə "Vilyarreal"la qarşılaşan "Xetafe"i isə turu qələbə ilə başa vurub.

"Barselona" bu tur "Eybar"la, "Atletiko" isə "Levante"ylə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri qələbəni bayram ediblər. "Real" isə çətin "Betis" səfərinə yollanıb. Madrid təmsilçisi də bu oyundan qalib ayrılmağı bacarıb.

İspaniya La Liqası, 19-cu tur

11 yanvar

Rayo Valyekano - Selta 4:2

Qol: De Tomas, 4; 37; 77. Bebe, 90 - Arauxo, 13. M.Qomes, 18-pen.

12 yanvar

Leqanes - Hueska 1:0

Qol: Ən Nəsri, 73.

Valensiya - Valyadolid 1:1

Qol: Parexo, 71 - Alkaras, 82.

Jirona - Alaves 1:1

Qol: Stuani, 12 - Baston, 50.

Vilyarreal - Xetafe 1:2

Qol: Kabera, 75-öz qapısına - Molina, 52. A.Rodriqes, 89.

13 yanvar

Atletiko - Levante 1:0

Qol: Qrizmann, 57-pen.

Atletik - Sevilya 2:0

Qol: İ.Uilyams, 23; 84. 

Barselona - Eybar 3:0

Qol: L.Suares, 19; 59. Messi, 53.

Betis - Real 1:2

Qol: Kanales, 67 - Modriç, 13. Sebalyos, 88.

14 yanvar

00:00 Real Sosyedad - Espanyol

Bombardir: Lionel Messi (Barselona) - 16 qol.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.