İdman

Məhəmməd Salah Yan Raşı geridə qoydu

13 Yanvar 2019 18:50
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının XXII turunda "Brighton"un qonağı olan "Liverpool" 1:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"a 3 xalı gətirən qola 50-ci dəqiqədə penaltidən Məhəmməd Salah imza atıb. 

Misirli superulduz bununla "Liverpool"un heyətində Premyer Liqada 46-cı qolunu vuraraq, Yan Raşı (45 qol) geridə qoyub və "qırmızılar"ın ən məhsuldar 8-ci oyunçusuna çevrilib. İndi o, 6-7-ci yerlərdə qərarlaşan Daniel Starric və Dirk Kuytdan 5 top geri qalır. 

Qeyd edək ki, "Liverpool"un rekordçusu isə aktivində 128 qol olan Robbi Faulerdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.