İdman

"Barselona" 300 minə alınan futbolçunu 75 milyona transfer edir

13 Yanvar 2019 14:52
0 Şərh     Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" transfer çalışmalarını davam etdirir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Valensiya"dan Jeyson Murillonu icarəyə götürən, "tuluza"dan Jean Klair Todibonu transfer edən Kataloniya klubu "Ayaks"ın gənc ulduzu Frenki de Yonqun keçidini elan etməyə hazırlaşır.

"El Mundo Deportivo"nun "De Yonq, "Barselona"ya hə dedi" başlığı ilə yayımladığı xəbərdə bildirilir ki, 21 yaşlı yarımmüdafiəçi kataloniyalılarla anlaşma əldə edib. Qeyd edilir ki, "Barselona" "Ayaks"ın 21 yaşlı ulduzunu "Bavariya", "Mançester Siti", "Yuventus" və PSJ kimi klubların əlindən alıb. 

De Yonq mövsümün sonuna qədər "Ayaks"da qalacaq və yayda "Barselona"ya qoşularaq 5 illik anlaşma imzalayacaq. Kataloniyalılar bu futbolçu üçün Hollandiya klubuna 75 milyon avro ödəyəcək. 

Qeyd edək ki, "Ayaks"ın 2015-ci ildə "Villeh II"dən 300 min avroya aldığı futbolçuya hazırda "Transfermarkt" 60 milyon avro qiymət qoyub. O, cari mövsümdə 27 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.