İdman

“Monako”dan növbəti rəsmi transfer - FOTO

13 Yanvar 2019 12:46
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Antalyaspor" klubunun fransalı yarımmüdafiəçisi Vilyam Vankerin "Monako"ya keçidi rəsmiləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi 30 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürdüyünü açıqlayıb.

Vanker "Antalyaspor"da 2017-ci ildən çıxış edirdi. Lakin o, həmin dövrdən bəri bu komandada cəmi 29 oyuna çıxıb.

Belçikanın "Standard", Rusiyanın "Dinamo" (Moskva) və İtaliyanın "Roma" klublarında legioner həyatı yaşamış fransalı futbolçu vətənində "Nant" və "Olimpik" (Marsel) formalarını da geyinib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.