İdman

“Şalke” imtina edir, “Fənərbaxça” istəyir

13 Yanvar 2019 11:28
0 Şərh     Baxış: 608

Transfer çalışmalarını davam etdirən "Fənərbaxça" klubu istədiyi futbolçunu Almaniyada tapıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Şalke"nin 29 yaşlı vingeri Yevgeni Konoplyankanı transfer etmək istəyir. İntizamsızlığı səbəbiylə Almaniya klubunun transfer siyahısına daxil etdiyi futbolçu üçün tərəflər arasında danışıqların başladığı bildirilir.

"Fənərbaxça" ukraynalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Bu mövsüm "Şalke"də start heyətinə düşməkdə çətinlik çəkən Konoplyanka, iştirak etdiyi 8 oyunda qol hesabını aça bilməyib.

Ukrayna millisinin də üzvü olan futbolçu, əvvəllər "Sevilya", "Dnepr" kimi klublarda forma geyinib.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.