İdman

Maradona xəstəxanaya yerləşdirildi

13 Yanvar 2019 09:59
0 Şərh     Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın "Dorados" futbol klubunun məşqçisı və 1986-cı ildə dünya çempionu olmuş Dieqo Maradona mədəsindəki qanaxma ilə əlaqədar Buenos-Ayresdəki klinikalardan birinə yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

"Bu qanaxma yırtıqla bağlıdır, ağır heç nə yoxdur", - deyə mənbə "Reuters"ə bildirib. "O, adətən hiss etdiyi narahatlıqlardan bəzilərini aradan qaldırmağa çalışır", - deyə mənbə əlavə edib.

Maradona 1986-cı ildə dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır.

Daha əvvəl bildirilir ki, 58 yaşlı məşqçi Buenos-Ayresdəki "Olivos" klinikasında standart müayinədən keçib. Müayinə zamanı onun mədəsində qanaxma qeydə alınıb.  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.