İdman

Azərbaycan basketbolçuları üsyan etdilər

12 Yanvar 2019 22:26
1 Şərh     Baxış: 857

Bu gün Azərbaycan Texniki Universitetinin idman zalında basketbol üzrə ölkə çempionatının ikinci turunun oyunları başlamalı idi.

Saat 11:00-da meydançaya ilk oyunda üz-üzə gələcək komandalar - "80-lər" və ADNSU çıxdılar. Lakin oyunun başlaması üçün hakimin fiti səslənəndən dərhal sonra komandalar meydançanı tərk etdilər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, buna səbəb milli çempionatda iştirak edən basketbolçuların Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi dəyişənə qədər yarışları boykot etmək qərarıdır. Federasiyanın rəhbəri Nadir Nəsibovdur.

Ölkənin aparıcı klublarından biri olan NTD-nin prezidenti Bəhram Abdinov deyir ki, Azərbaycan basketbolu olduqca aşağı səviyyədədir və nəhayət ki, nəyisə dəyişməyin vaxtı çatıb.

"Azərbaycanın yığma komandaları rəsmi yarışlarda iştirak etmirlər. Azərbaycan çempionatı tənəzzüldədir. Sponsorlar federasiya rəhbərliyinin üzündən köməkdən imtina edirlər. Nadir Nəsibova nə qədər hörmətim olsa da, getmək vaxtıdır. Federasiyaya 20 il rəhbərlik etmək çox böyük müddətdir. Köklü dəyişikliklər lazımdır. Biz Gənclər və İdman Nazirliyindən və Milli Olimpiya Komitəsindən məsələyə müdaxilə etməyi və basketbol federasiyasının rəhbərliyinin dəyişdirilməsi məsələsi ilə məşğul olmağı xahiş edirik", - B.Abdinov bildirib.

Onun bu fikirlərini Azərbaycanın digər məşhur basketbol klubu olan AzTOP-un prezidenti Bəbir Əhmədov da dəstəkləyib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Romka · 13 Yanvar 02:0200

    Futboluda kat ora. Imumiyetle futbol ve basketbolu baglamaq lazimdir. Ayibdi bele oyunlar godtermek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.