İdman

Cengiz Ündər ən yaxşı futbolçu seçilib

12 Yanvar 2019 21:23
0 Şərh     Baxış: 533

İtaliyanın "Roma" futbol klubunun yarımmüdafiəçisi Cengiz Ündər 2018-ci ildə klubun ən yaxşı oyunçusu seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 21 yaşlı türk futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 62 faiz səs toplayıb. Səsvermədə futbolçulardan Castin Klüvert və Nikolo Zanolo 17, Annamaria Serturini isə 4 faiz səs toplayıblar.

2017-ci ilin yayında paytaxt təmsilçisinin heyətinə qatılan yarımmüdafiəçi komandanın heyətində 55 oyunda 14 qol vurub. O, cari mövsümdə "Roma"nın tərkibində İtaliya çempionatında 17 oyunda 3, UEFA Çempionlar Liqasında isə 6 matçda 3 dəfə fərqlənib.

Cengiz Ündər 2016-cı ildən Türkiyə millisinin heyətində çıxış edir. Yarımmüdafiəçi milli komandada 10 oyunda 4 qol vurub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.