İdman

"Bu oyun bizim üçün yaxşı məşq oldu" - Sənan Qurbanov

12 Yanvar 2019 19:11
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanvarın 6-da toplanışa başlayıb məşqlərimizi paytaxtda davam etdirdik. Hazırlıq prosesinin arxada qalan hissəsi istədiyimiz kimi keçdi. Bu gün keçirilən yoxlama matçı da bizim üçün yaxşı məşq oldu. "Qaradağ Lökbatan" bizə yaxşı müqavimət göstərdi. Həm də gənc futbolçularımızı müəyyən mövqelərdə sınadıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun saytına deyib.

"İlk oyun üçün yaxşı alındı. Ən əsası odur ki, görüşlə bağlı planımız həyata keçdi. Toplanış öncəsi futbolçular yaxşı istirahət etmişdi. Bu da əhval-ruhiyyənin yaxşı olması baxımından müsbət haldır. Toplanış müddətində məşqlərimiz istədiyimiz kimi keçdi. Bunu hazırlıq prosesinin ilk mərhələsi üçün yaxşı hesab edirəm" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.