İdman

"Sabah" qələbə ilə başladı

13 Yanvar 2019 09:49
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" dünən ilk yoxlama oyununu keçirib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən "Əskişəhərspor"la qarşılaşıb. Antalyada "İC Santai" otelinin stadionunda keçirilən görüş Bakı klubunun qələbəsi ilə başa çatıb. Gənc hücumçu Emil Qasımovun 68-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan "Tobol"una qarşı keçirəcək. 

12 yanvar

Yoxlama oyunu

16:30. "Sabah" (Azərbaycan) - "Əskişəhərspor" (Türkiyə) - 1:0
Qol:
 Emil Qasımov, 68

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.