İdman

Kaka yenə evlənir - FOTO

12 Yanvar 2019 14:33
0 Şərh     Baxış: 1 372

Braziliya futbolunun əfsanəsi Kaka yenidən evlənir.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, ölkəsinin milli komandanın sabiq futbolçusu aktrisa Ana Karolina Dias Ferreyra ilə ailə həyatı qurur.

"Qızıl top"u qazanan sonuncu braziliyalı artıq 3 ildi məşhur xanımla münasibətdədi. Bir müddət sonra isə Kaka ilə Karolina da bunu KİV-də etiraf edib.

Bir sıra Braziliya seriallarının qəhrəmanı olan aktrisanın 31 yaşı var. O, həm də teleaparıcı kimi ölkəsində tanınır.

Bu, Kakanın ikinci evliliyi olacaq. Onun ilk həyat yoldaşı kilsədə çalışan xanım olub. Onların 10 illik evlilikdən iki uşaqları var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.