İdman

Harri Keynin qiyməti açıqlandı - Fantastik rəqəm

12 Yanvar 2019 12:47
0 Şərh     Baxış: 1 114

"Tottenhem"in futbolçusu Hari Keynin transfer qiyməti açıqlanıb.

Milli.Az matç.az-a istinadən xəbər verir ki, İngiltərə klubu aparıcı futbolçusunu hansı qiymətə sata biləcəyini müəyyənləşdirib.

Londonlular komandanın bombardiri və kapitanına 350 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu yalnız bu məbləğ qarşılığında başqa kluba keçə bilər.

Qeyd edək ki, hazırda transfer rekordu Neymara məxsusdu. Braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya keçib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.