İdman

"Qalatasaray"dan Balotelli "bomba"sı - İstanbula gəldi

12 Yanvar 2019 12:08
0 Şərh     Baxış: 1 740

"Nitsa"nın heyətdə düşünmədiyi Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az xəbər verir ki, 28 yaşlı forvardın xidmətində "Qalatasaray" maraqlıdır. Türkiyə mətbuatının yazdığına görə, "cim bom" italiyalı hücumçunu müqavilə imzalamaq üçün İstanbula gətirib.

Qeyd edək ki, Balotellinin Fransa klubu ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsümdə "Nitsa"nın heyətində 10 oyunda meydana çıxıb, qol vura bilməyib.

Elçin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.