İdman

"Sevilya" "Barselona"nın futbolçusunu transfer etdi

12 Yanvar 2019 18:45
0 Şərh     Baxış: 460

"Barselona" futbolçusu Munir El-Haddadiylə yolları ayırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu "Sevilya"ya transfer olub. Mərakeş əsilli futbolçunun keçidi əndəlüsiyalılara 1,05 milyon avroya başa gəlib.

Qeyd edək ki, El-Haddadinin müqaviləsi mövsümün sonunda başa çatırdı. O, "Valensiya" və "Alaves" klublarında icarə əsasında çıxış edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.