İdman

"Qarabağ" Rumıniya klubuna qarşı

12 Yanvar 2019 09:21
0 Şərh     Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün  ilk yoxlama oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  Ağdam təmsilçisini Rumıniyanın  "Botoşani"  klubu ilə qarşılaşacaq. Belek qəsəbəsindəki "Gloria Sport" otelinin qapalı meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 16-da Özbəkistanın "Paxtakor" klubuna qarşı keçirəcək. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

12 yanvar

Yoxlama oyunu

20:00. "Qarabağ" (Azərbaycan) - "Botoşani" (Rumıniya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.