İdman

Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

12 Yanvar 2019 08:10
0 Şərh     Baxış: 2 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 80 klubdan 612 cüdoçu medallar uğrunda mübarizə aparıb. Respublika birinciliyində fərqlənən yeniyetmələrə medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub. Medalların əyarına görə komanda yarışının qalibləri də müəyyənləşib.

Ümumi hesabda daha yaxşı nəticə göstərən "Neftçi" İdman Klubu birinci yerə layiq görülüb. "Cüdo 2012" klubu ikinci, Balaxanı Olimpiya İdman Kompleksinin komandası isə üçüncü yeri tutub. Qeyd edək ki, yeniyetmə cüdoçuların ölkə birinciliyində fərqlənənlər milli komandanın heyətinə cəlb olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.