İdman

Abidal Moratanın "Barselona"ya keçidinə razılıq vermədi

12 Yanvar 2019 07:45
0 Şərh     Baxış: 560

"Barselona"nın idman direktoru Erik Abidal "Çelsi"nin futbolçusu Alvaro Moratanın Kataloniya klubuna keçidinə qarşı çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçunun agentləri onu La Liqa təmsilçisinə təklif edib. Ancaq Abidal oyunçu ilə müqavilə imzalamamağa qərar verib. Buna iqtisadi məsələlərin səbəb olduğu bildirilir. Belə ki, klub Morata üçün 5 milyon avro icarə haqqını məqsədə uyğun hesab etməyib. Oyunçuya maaş məsələsində də problem yaranıb.

Bundan başqa, "Barsa"nın daha gənc oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilib.

Qeyd edək ki, 26 yaşlı Morata ilə "Atletiko", "Bavariya", "Borussiya" (Dortmund) və "Sevilya"nın maraqlandığı iddia olunur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.