İdman

"Qəbələ" transferi açıqladı - Gürcüstanlı hücumçu "qırmızı-qaralar"da

11 Yanvar 2019 16:22
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ" qış fasiləsində ikinci transferini gerçəkləşdirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" gürcüstanlı futbolçu Davit Volkovini heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Son klubu "Saburtalo" olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda "Qaqra" (2012-2013), Tbilisi "Dinamo"su (2013-2016), həmçinin icarə əsasında oynadığı "Dinamo-2" (2013-2015), "Çixura" (2016) və "Sioni"də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın "Zemun" klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, "Qəbələ" bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.