İdman

"Liverpul"un müdafiəçisi millimizə qarşı oynamayacaq - Cəzaya görə

11 Yanvar 2019 16:13
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiya yığmasının futbolçusu Deyan Lovren AVRO-2020-nin seçmə mərhələsinin I turunda Azərbaycan millisi ilə ev oyununda iştirak edə bilməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, buna səbəb 30 yaşlı mərkəz müdafiəçisinin Avropa futbol qurumunun İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. İngiltərə "Liverpul"nun legioneri Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir edib. Bu səbəbdən, Lovren 1 matçlıq diskvalifikasiya edilib.

Xorvatiya Futbol İttifaqı isə İspaniya ilə qarşılaşmada azarkeşlərin meydana kənar əşyalar atması və tribunalar arasındakı pilləkənlərin tutulmasına görə 13 min avro cərimələnib.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı martın 21-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.