İdman

UEFA Mülleri cəzalandırdı - "Liverpul"la oyunları buraxacaq

11 Yanvar 2019 15:41
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Ayaks"la səfər qarşılaşmasında (3:3) qırmızı vərəqə alan "Bavariya"nın futbolçusu Tomas Müllerin cəzası açıqlanıb.

Milli.Az xəbər verir ki, UEFA alman futbolçuya iki oyunluq cəza verib. Bu səbəbdən də Müller 1/8 final mərhələsində komandasının "Liverpul"a qarşı keçirəcəyi oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "Bavariya" "Liverpul"la ilk oyunu fevralın 19-u səfərdə keçirəcək. Cütün cavab görüşü martın 13-də reallaşacaq. Hər iki oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.