İdman

"Rüfət aparıcı oyunçumuzdur" - Alman məşqçi

11 Yanvar 2019 11:49
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eksperiment etməyə vaxtımız yoxdu. Heyəti mövsümün əvvəlində formalaşdırmışıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Proyssen"in baş məşqçisi Marko Antverpen "Bild"ə açıqlamasında deyib.

Mövsümün ikinci yarısının hazırlıqları ilə bağlı danışan almaniyalı çalışdırıcı millimizin üzvü Rüfət Dadaşov barədə də fikir bildirib: "Yaxşı kollektivimiz var. Müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdır. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

Qeyd edək ki, "Proyssen" Almaniya 3-cü Bundesliqasında 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.