İdman

Almeyda "Qarabağ"a qayıdır - 2,5 illik müqavilə imzalanacaq

11 Yanvar 2019 11:35
2 Şərh     Baxış: 1 361

Riçard Almeydanın "Qarabağ"a keçidi rəsmiləşmək üzrədir.  

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi yaxın günlərdə keçmiş klubu ilə müqavilə imzalaya bilər.

Ağdam təmsilçisi hazırda futbolçunun məxsus olduğu "Astana" klubu ilə danışıqlar aparır. Maliyyə çətinlikləri ilə üzləşən Qazaxıstan təmsilçisi futbolçunu azad agent kimi buraxmağa hazırdır.

Əldə etdiyimiz son məlumata görə, millimizin üzvü bu həftə "Qarabağ"ın Antalyada davam edən təlim-məşq düşərgəsinə qoşulacaq. Futbolçu keçmiş klubu ilə 2,5 illik sözləşmə imzalayacaq. 

Qeyd edək ki, Almeyda 2012-18-ci illərdə "Qarabağ"da çıxış edib. O, ötən mövsümün sonunda son Azərbaycan çempionunu "Astana"ya dəyişib. Braziliyalı futbolçunun "Astana"dakı illik qazancı 950 min avrodur. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Oxucu · 11 Yanvar 14:2810

    Afərin! Sənin yerin "Qarabağ"dır. Nə işin var idi Astanada?

    Cavab yaz
  • Anonim
    Nurlan · 11 Yanvar 19:1410

    xos geldin Almeda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.