İdman

Suriya millisinin baş məşqçisi qovuldu

11 Yanvar 2019 11:31
0 Şərh     Baxış: 422

Futbol üzrə Suriya millisinin baş məşqçisi Bernd Ştange vəzifəsindən göndərilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Futbol Federasiyası məlumat yayıb.

Alman mütəxəssisin göndərilməsinə səbəb hazırda yığmanın Birləşmiş Ərəb Əmirliklərində keçirilən Asiya kubokunun qrup mərhələsində İordaniyaya 0:2 hesabıyla uduzması olub.

Ştange 2018-ci ilin fevralından Suriya millisinə rəhbərlik edirdi. Yığmanın "sükan"ı Fəcr İbrahimə tapşırılıb.

Suriya millisi yanvarın 15-də Avstraliya ilə üz-üzə gələcək. Qrup mərhələsində Fələstin, Avstraliya və İordaniyayla mübarizə aparan Suriya millisi 1 xalla, 3-cü yerdə qərarlaşıb.

Yanvarın 5-də start götürən Asiya kubokunda 24 ölkə mübarizə aparır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.