İdman

Ölkə birinciliyində daha 6 qalib məlum oldu - Cüdo

11 Yanvar 2019 10:59
1 Şərh     Baxış: 373

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi davam edir.

Milli.Az xəbər verir ki, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda 2-ci günün qalibləri məlum olub. Müxtəlif çəki dərəcələrində Nigar Səhrabova (-40 kq), Zeynəb Məmmədova (-52 kq), Nərmin Əmirli (-70 kq), İsmayıl Qənbərli (-50 kq), Mətin Rzazadə (-66 kq) və Ruslan Nəsirli (-90 kq) respublika çempionu adına layiq görülüblər.

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

Xatırladaq ki, yeniyetmə cüdoçuların ölkə birinciliyi yanvarın 11-i başa çatacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qonaq · 11 Yanvar 11:3820

    Canim Oqlum sene ugurlar.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.