İdman

Ronaldudan cinsi təcavüzlə bağlı DNT nümunəsi götürüləcək

11 Yanvar 2019 10:36
3 Şərh     Baxış: 1 251

Las-Veqas polisi "Yuventus" və Portuqaliya millisinin cinsi təcavüzdə ittiham olunan hücumçusu Kriştianu Ronaldudan DNT nümunəsi götürülməsi barədə göstəriş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Bildirilir ki, polis Ronaldunu cinsi təcavüzdə ittiham edən Ketrin Mayorqanın paltarından tapılan genetik material nümunələrinin portuqaliyalı futbolçunun DNT-si ilə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirmək niyyətindədir.

Məlumata görə, polis müvafiq orderi artıq İtaliyanın məhkəmə xidmətlərinə göndərib.

Daha əvvəl 34 yaşlı model Mayorqa Ronaldunu guya 2009-cu ildə Las-Veqasda baş verən cinsi təcavüzdə ittiham edərək məhkəməyə verib.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Deyirəm: · 11 Yanvar 11:2500

    Çox pullu olmaqda bir iş deyilmiş. Pul qoparmaq üçün səni hələ şərliyənlər çox olacaq.

    Cavab yaz
  • Anonim
    Seva · 11 Yanvar 11:5200

    BU soderjanka qadinlarin kokunu nece kesmek olar. Ritorik sual.:).

    Cavab yaz
  • Anonim
    Sübhan · 11 Yanvar 12:1800

    Pullu olmagda bir şey deyil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.