İdman

2018-ci ildə ən yaxşı ağrıdıcı fəndi Maqomedşaripov tətbiq edib - VİDEO

11 Yanvar 2019 07:35
0 Şərh     Baxış: 1 440
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarışıq stildə döyüşlər üzrə çempionatın (UFC) rusiyalı iştirakçısı Zabit Maqomedşaripovun amerikalı Brendon Devisə qarşı tətbiq etdiyi ağrıdıcı fənd 2018-ci ilin yekunlarına görə ən yaxşı fənd hesab edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 2018-ci ilin sentyabr ayında Dallasda (ABŞ) UFC 228 turniri çərçivəsində keçirilmiş görüşün ikinci raundunda Maqomedşaripov Devisin dizinə ağrıdıcı fənd tətbiq edərək qalib gəlib.

Məlumatda daha sonra bildirilir ki, ötən il Daniel Kormye ən yaxşı döyüşçü hesab edilib. "Ən yaxşı nokaut" nominasiyasında Yair Rodriges, "İlin kəşfi" nominasiyasında İsrael Adesanya qalib kimi mükafat alıblar. UFC 229 turniri çərçivəsində Entoni Pettis ilə Toni Fergüson arasında döyüş "İlin ən yaxşı döyüşü" hesab edilib.

MMA döyüşlərində 27 yaşlı Maqomedşaripovun aktivində 16 qələbə və 1 məğlubiyyət var. UFC çempionatında 4 görüş keçirmiş bu idmançı həmin görüşlərin hamısında qalib gəlib. Gözlənildiyinə görə, Maqomedşaripov növbəti döyüşü martın 2-də Las-Veqasda UFC 235 turnirində amerikalı Ceremi Stivenslə keçirəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Болевой прием российского бойца Магомедшарипова признан лучшим в UFC по итогам 2018 года

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.