İdman

PSJ 4 ildən sonra uduzdu

10 Yanvar 2019 14:09
0 Şərh     Baxış: 753

Fransa Liqa kubokunun 1/4 finalında gözlənilməz nəticə qeydə alınıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSJ "Genqam"a uduzub-1:2. Tomas Tuxelin komandası hesabda irəli olsa da, matçın sonlarında iki qol buraxıb və kubokla vidalaşıb.

Paris klubu ölkə kuboklarında 2014-dən bəri məğlub olmurdu. Analoji turnirlərdə 44 qələbəsi var. Son 5 mövsümdə Liqa kubokunun qalibi olub.

"Genqam" Fransa çempionatında turnir cədvəlinin sonuncu pilləsində yer alır. Cəmi iki oyunda qələbə qazanıb. 11 xalı var.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.