İdman

UEFA "feyr-pley" qaydalarını sərtləşdirir

10 Yanvar 2019 19:36
0 Şərh     Baxış: 409

UEFA yaxın vaxtlarda maliyyə "feyr-pley"i qaydalarını sərtləşdirməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qitənin ali futbol qurumu Avropa klublarının futbolçu transferi üçün məbləğin cəmini maksimum 3 il ərzində ödəməyini istəyir.

Bildirilir ki, PSJ 2017-ci ildə Neymarı "Barselona"dan 222 milyon avroya transfer edib. Ancaq maliyyə sənədlərində bu məbləğ 5 ilə bölünüb. Fransa klubunun ildə 44.4 milyon ödənməsi maliyyə feyr-pleyini pozuntusundan qaçmağa imkan verir.
 
UEFA-yeni qaydaları qüvvəyə minəcəyi təqdirdə isə həmin məbləği cəmi 3 ilə ödəmək məcburiyyətində qalacaq.Bu halda, PSJ illik 74 milyon avro təzminat ödəyəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.