İdman

"Geri döndüyüm üçün sevinirəm"

10 Yanvar 2019 12:48
0 Şərh     Baxış: 601

"Rostov"dan yenidən "Spartak"a qayıdan Ayaz Quliyev "sport-express" nəşrinə açıqlama verib.

Milli.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu kluba qayıtdığı üçün sevincli olduğunu dilə gətirib:

"Əlbəttə, geri döndüyüm üçün sevinirəm. Yaxşı əhval-ruhiyyədəyəm. Həyəcan böyükdür. Mən hələ qarşıma məqsəd qoymamışam. Təlim-məşq toplanışına indi başlayacağıq".

Qeyd edək ki, Moskva təmsilçisi Azərbaycan əsilli futbolçu üçün "Rostov"a 1 milyon avro təzminat ödəyib. Onun illik maaşı 1,2 milyon avro olacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.