İdman

"Qəbələ"nin futbolçusu Türkiyə klubunda?

10 Yanvar 2019 20:26
0 Şərh     Baxış: 412

"Qəbələ"nin futbolçusu Lalavele Atakora yenidən Türkiyədə oynaya bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Dənizlispor" toqolu yarımmüdafiəçi ilə maraqlanır. Türkiyə birinci liqa təmsilçisinin 29 yaşlı oyunçu ilə artıq danışıqlara başladığı bildirilib. L.Atakoranın qardaş ölkəyə qayıtmağa müsbət baxdığı iddia olunub.

Qeyd edək ki, Lalavele Atakora 2013/2014 mövsümündə "Balıkesirspor"da, 2017/2018 mövsümündə "Adana Dəmirspor"da oynayıb. O, 2018-ci il iyulunda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.