İdman

Meydançada kuryoz hadisə: elektromobil zədəli futbolçunun ayağının üstündən keçdi - VİDEO

10 Yanvar 2019 11:57
0 Şərh     Baxış: 719

Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Flamenqo" ilə matçda "Trinidad" komandasının futbolçularından biri zədələnib. Gəl ki, referinin işarəsindən sonra zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş "Trinidad"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Braziliyada tibbi personalı meydançaya gətirən elektromobil zədəli futbolçunun ayağının üstündən keçib

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.