İdman

"ÇL-də yox idilər deyə, onları seçmədim" - Alisson Bekker

10 Yanvar 2019 20:45
0 Şərh     Baxış: 557

"Liverpul"un futbolçusu Alisson Bekker, yay transfer pəncərəsi dövründə "Çelsi"dən təklifin olmasına baxmayaraq, "Liverpul"u seçməsinin səbəbini açıqlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatına danışan braziliyalı qolkiper keçidiylə bağlı bunları deyib:

"O vaxtlar nə üçün "Roma"nı seçmişdimsə, indi də "Liverpul"u ona görə seçdim. "Çelsi" tez-tez məşqçi dəyişirdi, həm də Çempionlar Liqasında yox idilər. "Liverpul"un tarixinə heyran qalmışdım.

"Liverpul" 5 dəfə Çempionlar Liqasını qazanıb. Mən də bu tarixin bir parçası olmaq istəyirəm. Ötən mövsüm "Roma"yla ÇL-i qazanmağa yaxın idik. İndi bu uğura "Liverpul"da nail olmaq istəyirəm.

Xəyallarım üçün mübarizə aparmayacamsa, yaşamağın mənası nədir? Ən böyük arzum ÇL-də qalib olmaqdır".

Alisson yay transfer pəncərəsi dövründə 73 milyon avro qarşılığında "Roma"dan "Liverpul"a keçib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.