İdman

"Qızıl zibilqabı"nın yeni sahibi

10 Yanvar 2019 08:03
0 Şərh     Baxış: 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasında ilin ən uğursuz futbolçusu üçün verilən "Qızıl zibilqabı" mükafatının sahibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda hazırda "Atletiko"da çıxış edən Nikola Kaliniç daha çox səs toplayıb.

Ötən mövsüm icarə əsasında "Milan"da oynayan  31 yaşlı hücumçu 49,1 faiz səs yığıb. Xorvatiyalı futbolçu "Milan"da 31 oyuna 6 qol vurub.

"Roma"nın hücumçusu Patrik Şik (19,3%) ikinci, "Milan"ın daha bir hücumçusu Andre Silva (13,3%) üçüncü yeri tutub.

Qeyd edək ki, indiyədək A Seriyasında  Rivaldo, Kristian Vyeri, Riikardo Quarejma və Adriano kimi futbolçular  "Qızıl zibilqabı" mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.