İdman

Azərbaycanlı futbolçu "Spartak"da

9 Yanvar 2019 20:17
1 Şərh     Baxış: 602

Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevin keçidini rəsmiləşdirib.

Milli.Az bildirir ki, report klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Sözləşmənin detalları isə açıqlanmayıb.

Daha öncə A.Quliyevin Moskva təmsilçisində illik 1.2 milyon məvacib alacağı və bu keçid üçün "Spartak"ın "Rostov"a 1 milyon avro təzminat ödəyəcəyi yazılıb. 

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu "Spartak"dan "Rostov"a keçib. O həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 9 Yanvar 20:2300

    buda özün bu günə saldı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.