İdman

"Real"ın yeni transferi "Barselona" azarkeşi çıxdı

9 Yanvar 2019 20:23
0 Şərh     Baxış: 1 110

"Real"ın yenicə heyətin qatdığı Brahim Dias "Barselona" azarkeşi imiş.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Mançester Siti"dən transfer olunan 19 yaşlı futbolçunun "Kral Klubu"nun əzəli rəqibinə azarkeşlik etdiyi məlum olub.
O, "Sevilya"nın akademiyasında çıxış edərkən verdiyi müsahibəsində bunu etiraf edib. Aparıcının "Hansı klub daha yaxşıdır: "Real", yoxsa "Barselona"? sualına Diaz "Barselona" cavabını verib. O, həmçinin kumirin Lionel Messi olduğunu da bildirib.

Qeyd edək ki, "Real" 15 milyon avroya aldığı Diasla 6 illik müqavilə bağlayıb. Futbolçu təqdimat mərasimində "Kral Klubu"nun loqosunu öpərək, bu komandaya keçməklə uşaqlıq arzusunun yerinə yetdiyini bildirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.